Ötən gecə Türkiyədə yenə zəlzələ olub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumatda deyilir ki, yerli vaxtla saat 00.41-də Malatyanın Yeşilyurt rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ yerin təxminən 7,69 kilometr dərinliyində baş verib.
Dağıntı və insan təlafatı olmayıb.
Samir Musayev
MİA.AZ