Rusiyada məhkəmə fevral ayında həbsxanada müəmalı şəkildə ölən rusiyalı dissident Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın həbsinə order verib.
Mia.az Rusiya mediasına istinadla xəbər verir ki, qiyabi həbs qərarını Moskvanın Basmannı Məhkəməsi çıxarıb.
İttiham aktında qeyd olunub ki, Yulya dövlət əleyhinə "ekstremist təşkilatlar"la əməkdaşlıq edib.
Firudin Səfərli
MİA.AZ