Bu gün Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə gedib.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, səfər çərçivəsində Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.