Rusiyanın paytaxtı Moskvadan 25 kilometr şimal-şərqdə yerləşən Fryazinodakı Yanğın “Platan” Araşdırmalar Mərkəzində yanğın baş verib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, binanın 7-ci mərtəbəsində baş verın yanğın qısa zamanda digər mərtəbələrə yayılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatınaa görə, yanğın zamanı 8 nəfər ölüb: "Bir nəfər isə xilas edilib".
Xatırladaq ki, "Platan" Araşdırma Mərkəzi elektron cihazlar istehsal edir.
Firudin Səfərli
MİA.AZ