Suriyanın Homs əyalətinin Tenef bölgəsində ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaya kamikadze PUA ilə hücuma cəhd olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə İordaniya sərhədinə yaxın Homs səhra bölgəsindəki Tenefdə gecə gec saatlarda baş verib.

Məlumata görə, ABŞ əsgərləri PUA-nı bazaya yaxın məsafədə vurraraq zərərsizləşdiriblər: "Kamikadze dronun hansı qüvvəyə məxsus olduğu aydın deyil. Heç bir qruplaşma onun msəuliyyətini öz üzərinə götürməyib".

Onu da qeyd edək ki, İranın dəstəklədiyi qruplar vaxtaşırı Fərat çayının şərq sahilindəki ABŞ bazalarına raket və PUA-larla hücum edir.

Ləman

MİA.AZ