Rusiyada daha bir Su-34 qırıcısı qəzaya uğrayıb.
Mia.az Rusiya mətbuatına istinadla xəbər ki, bu barədə sözügedən ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyindən bildirilib ki, hadisə Şimali Osetiya-Alaniya Respublikasının ərazisində baş verib: "Təəssüf ki, dağlıq bölgəsində planlaşdırılmış təlim uçuşu zamanı boş ərazidə Su-34 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində hər iki pilot həlak olub..."
İlkin məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Qeyd edıək ki, Su-34 iki pilotlu səsdən sürətli qırıcı-bombardmançı təyyarələr nüvə silahı da daxil olmaqla yüksək dəqiqlikli hava zərbələrində istifadə üçün hazırlanıb.
Su-34 gecə, gündüz və müxtəlif şəraitdə quru və hava hədəflərinə qarşı istifadə olunur.
Firudin Səfərli
MİA.AZ