Rusiyanın Kemerovo şəhərində tramvay qəzası olub.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, qəzada 7-si uşaq olmaqla 109 nəfər xəsarət alıb.
Rusiya İstintaq Komissiyasının verdiyi açıqlamaya görə, Kemerovoda sərnişinlərin olduğu iki tramvay toqquşub: "Yaralılardan 19-unun vəziyyəti çox ağırdır, onlar xəstəxanaya göndərilib".
Rusiya Səhiyyə Nazirliyinin müşaviri Aleksey Kuznetsov jurnalistlərə bildirib ki, yaralıların hər birinə lazımı tibbi yardım göstərilir.
Zülfiyyə
MİA.AZ