Ötən il fevralın 6-da baş verən zəlzələlərdə ən çox ziyan çəkən şəhərlərdən biri olan Adıyamanda bu gün növbəti zəlzələ baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərkəzi Çelikhan olan Adıyamanda 4,2 bal gücündə zəlzələdə ölən və yaralanan olmayıb.
Yerli vaxtla saat 13.37-də baş verən zəlzələ yerin 11,24 kilometr dərinliyində olub.
Zülfiyyə
MİA.AZ