Kayseridə təlim təyyarəsi qəzaya uğrayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Kayseri 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığı məlumat yayıb.
Məlumata əsasən, bu gün təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığımıza məxsus SF-260D tipli təyyarə naməlum səbəbdən qəzaya uğrayıb.
Milli Müdafiə Nazirliyi də qəza ilə bağlı açıqlama verib: "Kayseri 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığımıza məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə başlanılıb".
***
Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, 2 pilot şəhid olub.
Lamiyə Əhmədli
MİA.AZ