"Mərkəzi Asiyada qeyri-sabitliyin əsas mənbəyi Əfqanıstandakı vəziyyətdir".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Andrey Belousov Qazaxıstanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında deyib.

Belousov bildirib ki, Əfqanıstanda çoxlu radikal qruplar var və onlar öz ideologiyalarını qonşu ölkələrə yayırlar: "Terror qruplarının xaricə yayılma ehtimalı günü gündən artır. Bu vəziyyətlə bağlı mütləq və təxirəsalınmaz lazımi tədbirlər görülməlidir. Üstəlik, Tacikistan-Əfqanıstan sərhədi daha da möhkəmləndirilməli və proses KTMT ölkələri ilə əlaqələndirilməlidir. Eyni zamanda, KTMT ölkələri öz döyüş qabiliyyətini artırmalıdır".

Zülfiyyə

MİA.AZ