Prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, sərəncama əsasən, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad  olunub.

Qeyd edək ki, Ş.Alxasov 2007-ci il dekabrın 18-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyinolunmuşdu.