İsrail BMT-nin tabeliyində olan təşkilatı bölgədən qovur.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Tel-Əviv BMT-nin Fələstinli Qaçqınlara Yardım İşləri üzər Təşkilatından (UNRWA) işğal altındakı Şərqi Qüdsdəki ofislərini boşaltmağə tələb edib.
“The Times of Israel” qəzeti yazır ki, artıq bununla bağlı UNRWA-ya məktub göndərilib: "Məktubda qurumun icarə şərtlərini pozduğu əsas götürülüb və Şərqi Qüdsdəki ofislərini 30 gün ərzində boşaltması tələb olunub".
Bundan başqa, məktubun müəllifi olan İsrailin mənzil-tikinti naziri Yitzhak Goldknopf bildirib ki, BMT təşkilatının yerləşdiyi ofis dövlət torpağında tikildiyi üçün qanunsuzdur: ”Üstəlk, son 7 ildə burada icazəsiz fəaliyyət göstərdiyi üçün təşkilata 7,3 milyon dollar borc yazılıb. İndi bu təşkilat həmdə borcu da ödəməlidir..."
Tahir Şəlvəli
MİA.AZ