Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzinin keçmiş direktoru Tağı Tağı-zadə məhkəməyə verilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, onun məhkəməyə verilməsi vergi borcları ilə əlaqədardır. Belə ki, keçmiş direktora məxsus “Shop.az ventures” MMC-nin dövlət büdcəsi və fondlara vergi borcu yaranıb. T. Tağızadə həmin borcları ödəmədiyi üçün barəsində Bakı Kommersiya Məhkəməsinə iddia qaldırılıb.
Şikayətçi tərəf isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsidir. Belə ki, idarə iddiasında T. Tağızadənin ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edir.
Qeyd edək ki, Tağı Tağı-zadə 2018-2021-ci illərdə İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, həmçinin bir müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevin əmrilə nazirliyin nəzdində fəaliyyət göstərən “Azintelecom” şirkətinin direktoru vəzifəsini müvəqqəti icra edib.
İnnovasiyalar Mərkəzinin sabiq direktorunun ölkədən çıxışı əngəllənir
DİGƏR XƏBƏRLƏR
2024-11-27 16:29
2024-11-27 15:03
2024-11-27 13:52
2024-11-27 12:42
2024-11-27 12:38
2024-11-27 10:09