Bu gün ABŞ-da Texasdan Kaliforniyaya uçan F-35 qırıcısı qəzaya düşüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə təyyarənin istehsalçısı "Lockheed Martin" şirkətindən bildirilib.
Şirkətin mətbuat xidmətinin məlumatına görə, F-35 qırıcı təyyarəsi uçuş marşrutunda olarkən Nyu Meksikodakı Kirtland aviabazasında yanacaq doldurduqdan sonra Albuquerque Beynəlxalq Sunport Hava Limanı yaxınlığında qəzaya uğrayıb: "Hadisə yerinə həkim qrupları göndərilib. Pilot artıq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır".
Təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumat verilməyib.
Samir Musayev
Mia.az