Türkiynin 9 şəhərində eyni anda mafiya lideri Durmuş Görmez və onun şəbəkəsinə qarşı genişmiqayslı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Məhzən-49” kod adlı əməliyyatla Ankara, İstanbul, Rizə, Kastamonu, Kırıkkale, Çorum, Düzce və Sakaryada xərac yığan, hədə-qorxu, adam vurma, narkotik, silah satışı və sair cinayətlər üzrə "ad çıxaran" Durmuş Görmez və onun başçılıq etdiyi mütəşəkkil cinayət qrupunun əsas simaları ələ keçirilib.
Məlumata görə, ümumilikdə 30 nəfər saxlanılıb: "Onlar Ankara polisi tərəfindən sorğuya alınıb".
Bu barədə açıqlma verən Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, ölkədə cinayətkarlara yer yoxdur: "Hər kəs bilsin ki, belələrinn boyunlarının kökündə olacağıq".
Firudin Səfərli
MİA.AZ