İstanbulda bir tikinti şirkətinə məxsus ofisdə olan qadın tualetində gizli kamera aşkarlanıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Esenyurtda baş verib.

Məlumata görə, işçilər iş yerinin tualetinin ventilyasiya sahəsində aşkarlanan gizli kamera ilə bağlı dərhal polisi məlumatlandırıblar: "Hazırda gizli kamera ilə bağlı araşdırma başlayıb..."

Ləman
MİA.AZ