HƏMAS-ın hərbi qanadı İzzəddin "Kassam Tuqayları" Tel-Əvivi raketlər fırladıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Bildirilib ki, bu, "Sionistlərin mülki əhalini qırmasına cavab olaraq" həyata keçirilib.
İsrailin dövlət televiziyası KAN isə bildirib ki, Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrailin mərkəzində yerləşən şəhərlərə təxminən 8 raket atılıb: "Onlardan biri Herzliya şəhərindəki bir evə düşüb...".
KAN ölən, yaralanan və dağıntılar haqda isə informasiya verməyib.
Tahir Şəlvəli
MİA.AZ