Bu gün Şuşa şəhərinə növbəti köç olub.

Mia.az xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 125 nəfərdən ibarət 32 ailə bu gün Qaradağ rayonundan Şuşa şəhərinə köçürülüb.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 90 ailənin (349 nəfər) qayıdışı təmin olunub.

MİA.AZ