Süni intellekt ("Yapay zəka") həyatımıza hər gün daha çox daxil olur. Bununla belə, süni intellektin sui-istifadəsi hələ də mühüm problem olaraq qalır. Belə bir problem artıq ABŞ-da yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da prezident Baydenin "yapay zəka" ilə görüntü və səsinin təqlid edilərək seçicilərə zənglər edən şəxslə bağlı rekord cəzalar kəsilib.
Məlumata görə, Nyu-Hempşir ştatında yanvar ayında keçirilən Demokratlar Partiyasının praymerizlərdən əvvəl prezident Co Baydenin səsini təqlid edərək süni intellektdən istifadə edəm siyasi məsələlər üzrə məsləhətçi Stiven Kramer 6 milyon dollar cərimələnib. O, texnologiyadan istifadə edərək Baydenin saxtasını yaratmaq və bununla seçiciləri aldatmaqda ittiham edilib.
Federal Rabitə Komissiyası Kramerilə yanaşı, ona bu zənglərə şərait yaratdığı üçün " Lingo Telecom" adlı şirkətini isə 2 milyon dollar cərimələyib. Bundan əlavə, Kramer haqqında 13 maddə üzrə cinayət işi açılıb.
Firudin Səfərli
MİA.AZ