"Xarkov vilayətindən son iki həftdə 14 mindən çox insan köçkün düşüb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ukrayna üzrə nümayəndəsi Jarno Habixt açıqlayıb.
O bildirib ki, təxminən 189 min insan hələ də aktiv müharibə zolağında yaşamaq məcburiyyətində qalıb: "Bu insanlar ciddi risklərlə üzləşirlər. Müharibə isə günü gündən daha da şiddətlənir".
Zülfiyyə
MİA.AZ