Livanda 3 günlük matəm elan olunub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın baş naziri Necib Mikati açıqlama verib.
O bildirib ki, İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın helikopter qəzasında həlak olması səbəbindən ölkədə 3 günlük rəsmi matəm elan edilib, bayraqlar yarıya endirilib.
Baş nazir qəza ilə bağlı İrana başsağlığı da verib.
Tahir Şəlvəli
MİA.AZ