Xəbər verildiyi kimi, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.
Mia.az xəbər verir ki, general-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə komandan təyin olunub.
O, bu gün artıq şəxsi heyətə təqdim edilib.Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
***
Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı vəzifəsi Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə olunub.
Məlumata görə, o, bu təyinatadək HHQ komandanın müavini olub.
Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.
Qeyd edək ki, N.İslamzadə 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib(Report).