Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.
Məlumata görə, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovu yaş həddi ilə əlaqədar təqaüdə göndərib.
Qeyd edək ki, vəzifədən çıxarılan rəis Baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir(Unikal).
MİA.AZ