Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 1450 kv.m. olan bir-birinə bitişik obyekt və evlərdən, ümumi sahəsi 590 kv.m. olan gül mağazası, ümumi sahəsi 50 kv.m. olan geyim mağazası, ümumi sahəsi 240 kv.m. olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m. tent və bitişik içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m. sahədə dolab və 2 ədəd ötürücü qüllə yanıb.

Ərazidə bitişik yerləşən evlər, çoxmərtəbəli yaşayış binası və digər obyektlər yanğından mühafizə edilib.

Yanğınla mübarizə tədbirlərində Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 25 ədəd texnikası və 124 nəfər canlı qüvvəsi iştirak edib.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğınla mübarizə tədbirləri davam edir.

Mia.az FHN-ə istinadla bildirir ki, qüvvələrin effektli tətbiqi sayəsində yanğının yayılmasının qarşısı alınıb: "Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək".

***

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" gül mağazasında yanğın başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

DİN-nin Mətbuat Xidmətindən bildirilib ki, yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.

***

Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun "28 May" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli kücələrindən istifadə etmələri tövsiyə olunur.