Bu gündən Bakının bir sıra küçələrində təşkil edilmiş COP29 zolaqlarından sabahdan minik avtomobilləri ilə hərəkət etməyə icazə verilməyəcək.
Mia.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bununla bağlı oktyabrın 15-də verdiyi icazəinin müddəti bu gün başa çatıb.
Məlumata görə, COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal cəza veriləcək.
Xatırladaq ki, Bakının bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından bu ayın sonuna qədər minik avtomobilləri də istifadə edə bilərdi. İndisə bu küçə və prospektlərə girənlər cəzalandırlacaq.
Həmin ərazilər aşağıda təqdim olunub:
Küçələr:
Bünyad Sərdarov
Həsən Seyidbəyli
Şeyx Şamil
Mirzəağa Əliyev
Adbulla Şaiq
Həsənoğlu
Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində)
Xocalı prospekti
Şah İsmayıl Xətai prospekti
Zuğulba yolu
Zığ şossesi
Bu zolaqlarda hələ ki 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir.
Həmin küçələr:
Gülarə Qədirbəyova
Niyazi
İstiqlaliyyət
Üzeyir Hacıbəyov
Bakıxanov
Koroğlu Rəhimov
Neftçilər prospekti
Heydər Əliyev prospekti
Mehdi Hüseyn
Teymur Elçin
Parlament prospekti
Nəriman Nərimanov
Mikayıl Müşfiq
Salyan şosesi
Hava limanı şosesi
Bülbül prospekti
Azadlıq prospekti
Həsən Əliyev