Türkiyədə daha bir skandal hadisə gündəm olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kocaelidə avtomobil hissələri istehsal edən fabrikdə qadın işçilərin soyunub-geyinmə otağına yerləşdirilən gizli kamera aşkarlanıb. 

Məlumata görə, qadınlardan biri paltarıı dəyişərkən otaqda olan qutuya diqqət edib: "Həmin qadın qutudan işıq yayıldığını fərq edib və o, qutunu açıb. Bu zaman qutuda gizli kamera olduğu və soyunan qadınları lentə aldığı bəlli olub".

Xəbərdə deyilir ki, faktla bağlı polisə məlumat verilib: "Hadisə yerinə gələn polislər fabrikin mühafizə xidmətinin rəisini A.T adlı şəxs saxlayıb, onun evində axtarış aparılıb. Polisin araşdırması ilə o da dəqiqləşib ki, kamera yaddaş kartına sahibdir. Faktla bağlı istintaq başlaylb...".

Tahir Şəlvəli

MİA.AZ