ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə tarixinin 60-cı prezident seçkilərində iki əsas namizəd - hazırkı prezidenti Cozef Baydenlə sabiq prezident Donald Tramp iki dəfə canlı yayımda debata çıxacaqlar: "Bayden və Tramp iyunun 27-də CNN-də və sentyabrın 10-da ABC-də canlı yayımda suallara cavab verəcək, öz mesajlarını seçicilərə verəcək".

Bu barədə yayılan xəbəri Bayden təsdiqləyib. O, sosial media hesabında debat üçün CNN-dən aldığı dəvəti qəbul etdiyini bildirib: "İstənilən vaxt və məkanda Trampla qarşılaşmağa hazıram. Bilirsiniz, mən 2020-ci ildə hər iki canlı yayım debatında ona qalib gəldim. Bu dəfə də elə olacaq...".

Trampdan da cavab gecikməyib. O, debata razılıq verdiyini bildirib: "Həyəcan üçün ikidən çox debat təklif edirəm. Üstəlik, Bayden izdihamdan qorxsa da, ona yenə təklif edirəm: gəl, açıq meydanlarda debata çıxaq! Sadəcə mənə vaxtı deyin, orada olacağam. Çoşqu yaratmağa hazıram!".

Zülfiyyə

MİA.AZ