]Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi vızifəsindən azad olunan Aynur Sabitova açıqlama yayıb.
Mia.az xəbər verir ki, o, öz ərizəsi ilə nazirlikdən ayrıldığını yazıb:
“Əziz və dəyərli həmkarlar, dostlar!
Dünəndən sosial şəbəkələrdə və mediada ünvanıma xoş sözlər, arzular səslənir.
Sizlərə dərin təşəkkürümü bildirirəm!
Mən həqiqətən bu günlərdə Ədliyyə nazirliyindəki vəzifəmdən öz arzumla ayrılmışam.
Mənim üçün çox doğma olan Ədliyyə Nazirliyinə fəaliyyətində davamlı uğurlar arzu edirəm.
Məlumat üçün deyim ki, mən yeni vəzifəyə təyinat almamışam, Azərbaycan Dillər Universitetində 1997-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğulam və fasiləsiz olaraq bu gün də bu sahədə fəaliyyətimi davam etdirirəm”.
***
Ədliyyə Nazirliyində daha bir maraqlı dəyişiklik olub.
Mia.az xəbər verir ki, yeni nazir Fərid Əhmədov nazirliyin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad edib.
Məlumatda iddia olunur ki, Aynur Sabitova əmrin rəsmiləşdirilməsini ləngitmək məqsədiylə bülleten götürüb. Qanuna görə, bu halda əmr rəsmiləşdirlə bilməz.
Xəbərdə deyilir ki, mayın sonunda onunla bağlı əmr qüvvəyə minəcək.
Xatırladaq ki, Aynur Sabitova sabiq nazir Fikrət Məmmədovun komandasının fəal üzvlərindən olub.
Samir Musayev
MİA.AZ