Ağcabədi rayonun Sarıcalı kəndində qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, mayın 2-də saat 15 radələrində rayon sakini 1991-ci il təvəllüdlü Məhərrəmova Nəzmiyyə Vitalif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qohumu (qaynı) 1992-ci il təvəllüdlü Məhərrəmov Elgiz Sərhad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.