Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu gün CHP sədri Özgür Özəl ilə yeni konstitusiya dəyişikliyi ilə bağlı görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdən sonra tərəflər birgə sualları cavablandırıb.

Numan Kurtulmuş bildirib ki, konstitusiya dəyişikliyi ilə bağlı təkliflər paketi yaxınb vaxtlarda parlamentin müzakirəsinə çıxarılacaq: "Bu məqsədlə  partiyalarla görüşlərə başladıq. Mayın sonuna qədər prosedurla bağlı rəy almaq istərdik. Ola bilsin, yaya qədər partiyalar təkliflərini təkmilləşdirəcəklər...".

Kurtulmuş əlavə edib ki, 2 mayda DEM Partiyasını ziyarət edəcək.

CHP lideri Özgür Özəl  gözlənilmədən spikeri sərt ifadələrlə qınayıb: "Mən hələ cnab Kurtulmuş parlament sədrliyinə namizəd olarkən dedim ki,  istənilən vaxt görüşə bilərik. Bu gün o, gəldi, fikirlərini bizimlə bölüşüb. Yeni konstitusiya ilə bağlı açıq danışıqlar mühiti, əlbəttə, vacibdir. Siyasətçilər əl sıxmasa, siyasətin düşmənləri əl tutmağa başlayacaq. Biz də məsul olduğumuz kütlələr üçün mübarizə aparacağıq. Siyasət xalqın gündəminə laqeyd qala bilməz. Prinsipcə, sədr olsam belə, partiyamın rəsmiləri ilə məsləhətləşmədən cavab verə bilmərəm. İnsanların yoxsulluq, aclıq kimi gözləntilərinin böyük olduğu bu gün yeni konstitusiya nəyə lazımdır? Bunu ölçüb-biçmək lazımdır. Əgər Konstitusiyaya əməl edəcəyiksə, onu dəyişək. Keçən dəfə dəyişiklik oldu, ancaq əməl edən oldumu? Əgər Konstitusiyaya əməl etməyəcəyiksə, onu dəyişdirsək, nolacaq ki?!".

Firudin Səfərli

MİA.AZ