Bir neçə gün əvvəl vətəndaşları “1 May günü "Taksim"ə gəlin” çağırışı edən, lakin həmin günü meydaan daxil olmadan partiyasına dönən CHP sədri Özgür Özəl ona qarşı ittihamları haqlıı saymayb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu gün jurnalistlərin bu barədə salına cavabda polislə qarşıdurmaya getmək onun "kitabı"nda yoxdur: ''Polisə verilən qanunsuz əmrə baxmayaraq, polislə dava etmək mənə və ya partiyama yaraşmaz. Bəziləri elə bilir ki, Taksim onların suverenlik bayrağıdır. Mən isə xalqa və onlara deyirəm: növbəti ilk seçkilərdə qalib gəlməklə o barrikadanı aradan qaldıracağam".

Özgür Özəl dünən bəzi qrupların təxribat hazırlığında olduğunu da təsdiqləyib: "Müəyyən təxribatların olacağı açıq-aydın görünürdü və onların kütlənin hərəkət etdiyi bir qarşıdurma mühiti yaratmağa çalışdıqları aydın idi...".

Zülfiyyə

MİA.AZ