Türkiyədə cinayətkar dəstələrə qarşı amansız mübarizə davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yerli polis və jandarma qüvvələri ötən gün daha 6 şəhərdən çeteləri təmizləyib.

Bu barədə açıqlama verən Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 6 şəhərdə keçirilən əməliyyatda çete liderləri başda olmaqla, 46 nəfərin qollarına qandal vurulub: "Əməliyyatlar zamanı Antalyada Engin Tatar, Balıkəsirdə Mehmet Canbaz, Qaziantepdə Eyyüp Doğruer, Konyada Rəcəb Örnek, Mersində Okday Gün və Uşakda Erkan Saltıkın liderlk elədiyi 6 ayrı mütəşəkkil cinayət qrupu çökəldilib. Onların iş və evlərində axtarış zamanı çoxlu qanunsuz silahlar, pul və digər dəlillər aşkarlanıb".

Nazir bildirib ki, bu çetelər qanunsuz qumar, xərackəsmə, hədə-qorxu, sui-qəsd, adamöldürmə, yaralama, narkotik satışı və sair çoxsaylı cinayətlərdə yer alıblar: "Əziz millətimizin bilməsini istəyirəm ki, xalqımızn dincliyini pozmağa çalışanların boyunlarının kökündə olacağıq...".

Firudin Səfərli

MİA.AZ