Bakı Kristal Zalında 1-2 iyun 2024-cü ildə beynəlxalq oyun festivalı keçiriləcək. Festivalda klassik oyunlardan tutmuş virtual reallığın ən son yenilikləri, kiberidman, kospley, K-pop rəqsləri, musiqi təqdim ediləcək. 

Mia.az xəbər verir ki, festival çərçivəsində, interaktiv əyləncəyə həsr olunmuş ikinci beynəlxalq konfrans təşkil olunacaq. Konfrans video-oyun sənayesinin peşəkarları, investorlar, bu perspektivli sahə ilə maraqlanan iş adamları üçün nəzərdə tutulub. 

Konfransda video-oyun sənayəsində mövcud vəziyyət, tendensiyalar və maliyyələşdirmə strategiyaları və digər aktual mövzular ətarfında fikir mübadiləsi aparılacaq, Xsolla və Metapro nümayəndələri, video-oyun sənayesinin görkəmli şəxslərinin məruzələri dinləniləcək. 

Bütün təqdimatlar və müzakirələr ingilis dilində aparılacaq. 

Qeyd edək ki, GameSummit Summer-2024 Azərbaycanda üçüncü belə tədbirdir və hər dəfə keçiriləndə regionda böyük hadisəyə çevrilir. Festival video oyunlara və müasir əyləncə formalarına sevgini ifadə etmək üçün platforma təqdim edir. Tədbir oyun yaradıcılarına, müstəqil tərtibatçılara istedadlarını nümayiş etdirmək və peşəkarlarla, məşhur oyunçularla görüşmək, əlaqə qurmaq imkanı yaradır. 

Qeyd edək ki, konfrans GameSummit festivalının açılış günü, iyunun 1-də saat 9:00-14:00-da  keçiriləcək. Konfransa daxil olmaq üçün VIP bilet tələb olunur. Öz oyununun demo versiyasını təşkilatçılara göndərən hər kəs üçün giriş pulsuzdur. 

Biletləri linkdən əldə etmək olar:

https://iticket.az/events/other/game-summit-summer-2024