Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində külli miqdarda narkotik vasitələrin daşınması və satışı ilə məşğul olan 1993-cü il təvəllüdlü Vüqar Dadaşlı saxlanılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, onun Nərimanov rayonunda yaşadığı mənzilə baxış zamanı oradan 5 kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

V.Dadaşlı barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.