İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə İstanbulda yaşayan ictimai fəallar foto və məlumat paylaşıblar.

Xəstəlik səbəbi açıqlanmasa da, Tamara Əjhmdəova adlı azyaşlı qızın ailəsinin uzun illər əvvəl Naxçıvandan İstanbula gəldiyi və uşağın da orada doğulduğu qeyd edilib. Lakin illərdi bu uşaq sənədlə təmin edilməyib.

Hazırda uşağın durumunun kritik olduğu deyilir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan hökuməti Türkiyədə sənədsiz yaşayan azərbaycanlılar üçün işçi qruöu yartadıb. Ancaq görünən odur ki, bir neçə qurumun əməkdaşlarından ibarət qurum öz işinə məsuliyyətsiz yanaşıb və nəticə etibarı ilə son 2 ildə bu cür sənədsiz uşaqlar qalıb.

Qeyri-rəsmi məlkumata görə, hazırda təkcə İstanbulda 30 inə yaxın sənədsuiz azərbaycanlı yaşayır: "Onlardan neçəsinin sənədlə təmin olununb-olunmaması araşdırılmalıdır...".

Ümid edirik ki, İstanbuldakı konsulluğumuz və diaspor fəalları azyaşlıya maddi və mənəvi dayaq duracaqlar.

Məsələni diqqitdə saxlayacağıq.

Tahir Şəlvəli

MİA.AZ