Ədliyyə naziri Fərid Əhmədov rəhbərlik elədiyi qurumda daha bir dəyişikliyə imza atıb.

Mia.az xəbər verir ki, nazir Əbülfət Əliyevi nazirlikdə Katibliyinin rəisi təyin edib.

Yeni rəis buna qədər Daxili İşlər Nazirliyində İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi olub.

***

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə yeni rəis müavini təyin olunub.

Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanov gətirilib.

İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev isə vəzifəsindən azad olunub(Bakıvaxtı.az)

Mia.az