Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) insanları təhdid edən hepatit B və C yoluxucu xəstəliyi barədə sensasiyalı hesabat yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hesabata əsasən, dünyada hər gün ən azı 3500-dən çox insan hepatit B və C xəstəliyindən həyatı ilə vidalaşır.
ÜST-nin “2024 Qlobal Hepatit Hesabatı”nda yer alan məlumata gərə, hər il 1 milyon 300 mindən çox adam məhz bu xəstəlikdən ölür: "187 ölkədən alınan statistik məlumata əsasən, hepatitdən ölənlərin təxmini sayı 2019-cu ilə nisbətən artıb. Belə ki, qeyd ediən ildə 1,1 milyon ölən vardısa, 2022-də bu rəqəm 1,3 milyona yüksəlib. Bu ölümlərin 83 faizi hepatit B, 17 faizi isə C-dən plürlər. 2022-dən bu yana isə qeyd edilən rəqəmlərin artan müstəvidə davam etməsinə şübhə edilmir...".
Hesabatda o da bildirilir ki, xroniki hepatit B və C-ə yoluxanların ən azı 50 faizi 30-54 yaş, 12 faizi isə 18 yaşa qədər uşaqlardır: "Hər gün azı 6 mindən çox insan viral hepatitə yoluxur..."
Yoluxmaya isə ən çox Afrika ölkələrində rast gəlinnir - 63 faiz...
Hesabata görə, 2030-cu ilə qədər hepatitə qarşı mübarizə daha da genişlənməlidir, əks halda bu yoluxucu xəstəlik daha da təhlükəli həddə yüksələcək.
ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, hesabat narahatedici mənzərə yaradır: "Hepatit infeksiyalarının qarşısının alınmasında qlobal irəliləyişlərə baxmayaraq, ölüm halları artır, çünki hepatitə yoluxmuş çox az insana vaxtında müayinə olunur və ya düzgün diaqnoz qoyulur və müalicə olunur...".
Samir Musayev
MİA.AZ