Goranboyda 19 yaşllı oğlanın 49 yaşlı anasını amansızlıqla öldürməsi ilə bağlı cinayət işi başlayıb.

MİA.AZ Goranboy rayon Prokurorluğuna istinadla xəbər verir ki, aprelin 7-də saat 17 radələrində rayon sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Ş.Əmrahov rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

Goranboyda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

Məlumata görə, Tatarlı kəndində Səfikürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovaya evində çoxsaylı bıçaq xəsarətləri yetirilib və boğazı kəsilib.

O, xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, qadının 2 qızı və 2 oğlu var. Onlardan 3-ü ailəlidir, hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Şahin Əmrahov isə subay olub. O, anası ilə birlikdə yaşayırmış.

Qadının həyat yoldaşı bir neçə il əvvəl yol-nəqliyyat hadisəsində ölüb(Report).

Cinayəti törətməkdə şübhəli bilinən şəxs könüllü polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

***

Goranboyda oğul anasını öldürüb.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan Mia.az-a bildirilib ki, Səfikürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımova qətlə yetirilib. A.Kazımovanın qətlində oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahov şübhəli bilinir.

O, polisə könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.