Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktı zamanı 100-dən çox insanı xilas edən 15 yaşlı müsəlman gənc İslam Xəlilova "Şücaət" medalı ilə təltiv olunub.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyanın Uşaq Hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova medalı ona xüsusi mərasimlə təqdim edib: "İslam Xəlilovun qəhrəmanlığı heç vaxt unudulmayacaq...".
Xatırladaq ki, müsəlman uşaqla yanaşı, 14 yaşlı Artyom Donskov da eyni mükafata layiq görülüb.
Zülfiyyə
MİA.AZ