Qubadlı rayonunda silah-sursat tapılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Mahmudlu kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər.

Aşkar edilən 1 mina, 73 minaatan mərmisi və 1000-ə yaxın patron aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.