Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Mia.az xəbər verir ki, bu dəfə 35 ailədən ibarət olan 134 nəfər rayona köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2 379 nəfərin daimi məskunlaşması təmin edilib.