Kəlbəcərdə silah-sursat tapılıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 avtomat, 1 ədəd “Karabin”, 1 ədəd tank əlehinə raket, 12 ədəd minaatan mərmisinin başlığı, 1 ədəd əl qumbarası və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.