Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Macarıstan Parlamentinin bu qərarından sonra İsveçin baş naziri Ulf Kristersson belə paylaşım edib: "NATO-da məsuliyyətimizi üzərimizə götürməyə hazırıq".
NATO-nun baş katibi Stoltenberq isə yazıb: "İsveçin üzvlüyü hamımızı daha güclü və təhlükəsiz edəcək".
Tahir Şəlvəli
MİA.AZ