Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.