"Qəzzanın böyük hissəsi xarabaxanaya çevrilib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Qəzzadsa yaşanan yoluxucu xəstəliklərlə bağl mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O, Qəzzada hazırda vəziyyətin çox ağır olduğunu qeyd edib: "Qəzza artıq ölüm zonasına çevrilib. Ərazinin böyük bir hissəsi dağıdılıb, xarabaya çevrilib. 29 mindən çox insan həlak olub, çoxlu sayda insan isə yaralanıb. Müharibə başlayandan bəri ağır qida çatışmazlığı sürətlə artıb, yolxucu xəstəliklər tüğyan edir..."
Qəzzada artıq dərhal atəşkəsə çox böyük ehtiyac olduğuna bəyan edən Tedros Adhanom Qebreyesus əlavə edib ki, bölgədə ciddi qida və dəırman çatışmazlığı daha dəhşətli mənzərəyə yol açıb.
Firudin Səfərli
MİA.AZ