"ABŞ-ın vetosu Qəzzada vəziyyəti daha təhlükəli hala sürükləyir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı Çinin BMT-dəki daimi nümayəndəsi Canq Cün verib.

O, rəsmi Pekinin adından xəbərdarlıq edib ki, ötən gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnaməsinə ABŞ-ın yenidən veto qoyması bölgədəki vəziyyəti daha ağırlaşdıracaq: "BMT Təhlükəsizlik Şurası atəşkəs üçün praktik addımlar atmalıdır. Əks halda bunun hüquqi məsuliyyətinui unutmamalıdır. Əlbəttə, Vaşinqtonun növbəti veto qərarından məyusuq. ABŞ-ın vetosu səhv mesaj verir və Qəzzada vəziyyəti daha təhlükəli hala sürükləyir".

Nümayəndə qeyd edib ki, ABŞ-ın atəşkəsi diplomatik yolla təmin etməyin qarşısını kəsməsi atəşkəslə bağlı səyləri dayandıra bilməz: "O, veto BMT-nin ədaləti yerinə yetirmək məsuliyyətindən yayındıra bilməz. BMT və digər beynəlxalq qurumlar sözünü deməlidir".

Xatırladaq ki, ötən gün Əlcəzairin təqdim etdiyi qətnamə layihə əsasında Qəzzada təcili humanitar atəşkəslə bağlı BMT-də iclas keçirilib. Lakin 
ABŞ-ın qətnamənin əleyhinə çıxması, Britaniyanın isə bitərəf qalmasına görə, buna nail olmaq mümkün olmayıb.

Onu da qeyd edək ki, ABŞ daha əvvəl 16, 18, 25 oktyabr 2023-cü il və 8 dekabr 2023-cü il tarixlərində BMT Təhlükəsizlik Şurasının Qəzzə ilə bağlı təqdim etdiyi qətnamə layihələrinə veto qoyub. Bundan başqa, 13 dekabr 2023-cü ildə BMT Baş Assambleyasında 153 ölkənin "hə" səs verdiyi Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə "xeyr" deyən 10 ölkədən biri ABŞ olub.

Tahir Şəlvəli

MİA.AZ