Türkiyənin İsveçə NATO-ya üzvlük məsələsinə razılıq verməsindən sonra ortada yeganə əngəl olan Macarıstanla danışıqlar davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsveçin baş naziri Ulf Kristersson bu məqsədlə fevralın 23-də Macarıstana gedəcək.
Məlumata görə, o, Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanın "qəlbini fəth etməyə" çalışacaq.
İsveç hökumətinin açıqlamasına görə, Baş nazirin səfər gündəliyində ilk pilləni NATO-ya üzvlüklə bağlı məsələ tutur: "Bununla yanaşı, Macarıstan və İsveç arasında təhlükəsizlik və müdafiə mövzularında əməkdaşlığın artırılması müzakirə ediləcək".
Məlumatda deyilir ki, tərəflər təkbətək və geniştərkibli görüşlərdən sonra birgə mətbuat konfransı keçirəcək.
Lamiyə Əhmədli
MİA.AZ