"Ölkəmizdə ABŞ-ın nüvə arsenalının yerləşdirilməsinə ehtiyac yoxdur".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı Polşada nəşr olunan “Rzeczpospolita” qəzetinə müsahibə verən Finlandiyanın baş naziri Petteri Orpo deyib.
O bildirib ki, ABŞ-ın nüvə silahını ölkə ərazisində yerləşdirilməsi ilə bağlı iddialar doğru deyil: “Buna ehtiyac yoxdur, çünki NATO onsuz da nüvə gücü təminatı verir”.
Xatırladaq ki, 4 aprel 2023-cü ildə NATO-nun 31-ci üzvü kimi Alyansa daxil olan Finlandiya 2023-cü ilin dekabrında ABŞ-la “Müdafiə sahəsində əməkdaşlıq sazişi” imzalayıb. ABŞ-ın dövlət katibi Antoni Blinken bu sazişi təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malik sənəd adlandırıb.
Lamiyə Əhmədli
MİA.AZ