İsrailin 133 gündür davam edən hücumları nəticəsində Qəzzada ölənlərin sayı artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlama verib.
Məlumata görə, son 24 saatda Qəzza zolağında daha 112 fələstinli öldürülüb, 157 nəfər isə yaralanıb: "Bununla da ötən ilin oktyabrın 7-dən bu yana Qəzza zolağında həlak olanların sayı 28 min 775-ə, yaralananların sayı isə 68 min 552-yə çatıb".
Firudin Səfərli
MİA.AZ