Ötən gün Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda qızıl mədənində baş verən torpaq sürüşməsi ilə bağlı həbslər başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları səhlənkarlığa yol verən 7 nəfərin həbsinə qərar verib.
Məlumata görə. "Anagold Madencilik Sanayi ve Ticaret A.Ş"-nin rəıhbər şəxslərinin səhlənkar əməli barədə geniş istintaq tədbirləri davam edir.
Xatırladaq ki, hadisə zamanı 9 işçi torpaq altənda qalıb. Onların taleyindən hələ də xəbər yoxdur.
Firudin Səfərli
Mia.az